"Udineze"nin türk əsilli futbolçusu Tolqay Arslanın evinə oğru girib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Football Italia" yazıb. Oğru futbolçunun evinə "Udineze" - "İnter" matçı davam edən zaman girib. Arslanın evindən 12 min avro dəyərində əmlakın oğurlandığı bildirilib. Oğurlanan əşyalar arasında qızıl və 2 kompüterin olduğu da yazılıb.
Polisin araşdırmalarını davam etdirdiyi, lakin hələ bir nəticəyə gəlmədiyi yazılıb.
Səbuhi Həsənov