Xəbər lenti

Üç əsrin şahidi: Qubadakı tarixi körpünü özəl edən səbəblər nələrdir?
Ölkə11:00 11.05.2025

Üç əsrin şahidi: Qubadakı tarixi körpünü özəl edən səbəblər nələrdir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
XIX əsrdə Quba qəzasında 7 körpü olub. Onlardan yalnız biri - Tağlı körpü bu günə qədər qorunub saxlanılıb.
3 əsrə şahidlik edən, Qudyalçay üzərində inşa edilən tikili Quba şəhərinin mərkəzi ilə Qırmızı qəsəbəni birləşdirir.
Tarixçi Rüfət Mürsəlovun sözlərinə görə, ilk dəfə taxtadan tikilən körpü zamanla sıradan çıxıb və 1894-cü ildə yenidən inşa edilib.
"14 dirəkdən ibarət Tağlı körpü 2012-ci ildən bəri nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb. Hazırda yalnız piyadaların, əsasən də turistlərin istifadəsinə verilib", - deyə tarixçi qeyd edib.
Daha ətraflı Baku TV-nin süjetində: