XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Üçmərtəbəli ticarət obyektində baş vermiş yanğın söndürüldü (YENİLƏNİB)
Ölkə16:31 23.11.2023

Üçmərtəbəli ticarət obyektində baş vermiş yanğın söndürüldü (YENİLƏNİB)

Bakıda üçmərtəbəli ticarət obyektində baş vermiş yanğın söndürülüb.
Bu barədə Qaynarinfo-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən üçmərtəbəli ticarət obyektində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə tam söndürülüb.
**** 
Bakıda daha bir güclü yanğın başlayıb.
Şahidlərin Qaynarinfo-ya verdiyi məlumata görə, hadisə Binəqədi rayonu, Süleyman Sani Axundov ünvanında qeydə alınıb.
Bir qədər əvvəl 5-ci polis bölməsinin yanındakı binada yanğın başlayıb. Sözügedən binada idman zalı və ticarət obyektləri yerləşir.
Aydın