Xəbər lenti

UEFA 17-dək futbolçularının beynəlxalq yarışlara buraxılmasını ləğv etdi
İdman12:47 10.10.2023

UEFA 17-dək futbolçularının beynəlxalq yarışlara buraxılmasını ləğv etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Rusiyanın 17 yaşadək futbolçulardan ibarət komandalarının beynəlxalq turnirlərdə iştirakına icazə vermək qərarından imtina edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Sky News-un jurnalisti Rob Harris X sosial şəbəkəsində yazıb.
"UEFA mənfi reaksiyadan sonra Rusiyanın 17 yaşadək futbolçulardan ibarət komandalarının beynəlxalq turnirlərdə iştirakına icazə vermək fikrindən imtina edib. UEFA Rusiya komandalarının oynamasına imkan verəcək texniki həllin tapılmasının mümkün olmadığını bildirib".
Bundan əvvəl UEFA-nın Rusiya uşaq komandalarının beynəlxalq yarışlarda çıxışına icazə verdiyi məlum olub.
Ukrayna Futbol Assosiasiyası UEFA-nın 17 yaşadək futbolçulardan ibarət komandaların Rusiyadan beynəlxalq yarışlara qaytarılması qərarını kəskin şəkildə pisləyib və Ukraynanın rusiyalılarla turnirlərdə iştirak etməyəcəyini bəyan edib.
Bundan əlavə, İngiltərə, Polşa, Latviya və İsveç U17 kateqoriyasında yarışmağa icazə verilmiş Rusiya komandalarının iştirak etdiyi UEFA yarışlarını boykot edəcəklərini açıqlayıblar. 
Nizami Bağırov