Xəbər lenti

UEFA 6:1 uduzan komandanı qalib etdi - ŞOK QƏRAR
İdman18:00 08.08.2014

UEFA 6:1 uduzan komandanı qalib etdi - ŞOK QƏRAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çempionlar Liqasının play-off mərhələsinin püşkatma mərasimində son dəqiqə dəyişikliyi edilib. 

Fanat.az xəbər verir ki, UEFA son anda Polşanın "Legia" klubunu Şotlandiya "Seltik"i ilə əvəzləyib.

Belə ki, III təsnifat mərhələsində "Ligia" öz meydanında "Seltik"ə 4:1, cavab matçında 2:0 hesabı ilə qalib gələrək play-off mərhələsinə çıxmışdı. Lakin polşalılar cavab matçında elə bir səhvə yol verib ki, bu onların Çempionlar Liqasından qovulması ilə nəticələnib. Belə ki, "Legia"nın baş məşqçisi qarşılaşmanın 86-cı dəqiqəsində cəzalı Bartoş Bereszinskini meydana buraxıb. Nəticədə UEFA komandaya 0:3 hesabı texzniki məğlubiyyət verib. Top sayında üstünlük əldə edən "Seltik" Çempionlar Liqasında qalıb, "Legia" Avropa Liqasına düşüb.

Qaynar.info