Xəbər lenti

UEFA Avropa çempionatından 4 il əvvəlkindən daha çox gəlir qazandı
İdman14:40 08.07.2016

UEFA Avropa çempionatından 4 il əvvəlkindən daha çox gəlir qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Stad de Frans"da keçirilən bugünkü mətbuat konfransında maraqlı statistikalar açıqlanıb.

Qaynarinfo.az-ın Parisə ezam olunmuş əməkdaşı onlardan bəzilərini təqdim edir.

Avropa çempionatında vurulan 107 qoldan 69-u qrup mərhələsində, 38-i 1/8, 1/4 və 1/2-də vurulub.

Bombardir olmağa 4 nəfər namizəddir: Antuan Qrizman (6 qol), Olivye Jiru, Dimitri Payet, Kriştianu Ronaldu (hər üçü 3 qol).

İndiyədək baş tutmuş 94 matçda 21 assosiasiyadan hakim iştirak edib. 94,2 faiz verilən ofsayd qərarları düz olub.

Göstərilmiş 195 sarı vərəqə hər matça 3.9 vərəqə çıxarılmasının göstəricisidir. 2012-ci ildə bu göstərici 3.8, 2008-də isə 3.93 olub. 2008 və 2012-ci illərdə olduğu kimi, 3 qırmızı (1-i birbaşa olmaqla) vərəqə göstərilib.

Yanvardan futbolçulardan götürülmüş 1878 nümunə neqativ çıxıb. Bunlardan 414-ü rəsmi, 1464-ü qeyri-rəsmi oyunlarda qeydə alınıb.

Yalnız 3 oyunda (İngiltərə - Rusiya, Çexiya - Xorvatiya, İslandiya - Macarıstan) azarkeşlərlə bağlı insident yaşanıb.

Ən çox tamaşaçı kütləsi Fransa (40.61%), Almaniya və İngiltərədən (hər ikisi 13.85%) olub.

3.6 milyon adam fan zonadan oyuna baxıb. Ən böyük fan zona Parisdədir - 85 min tutumlu.

20 min bilet uşaqlara pulsuz verilib. UEFA-nın uşaqlara yardım layihəsi çərçivəsində bu qədər bilet 8-16 yaşlı uşaqlara təqdim olunub.

135 ölkədən 6500 volunter Avropa çempionatında iştirak edib. Bunların 75 faizi Fransanı təmsil edib. Könüllülərin 32 faizi qadın, 68 faizi isə kişi cinsinə mənsub olub.

İyulun 10-da keçiriləcək Fransa - Portuqaliya finalını 51 kamera və 2 helikopter çəkəcək. Bundan başqa 2 motobayk, spayder kamera, reys üstündə kamera da olacaq.

Açılış matçına 200 milyondan çox adam TV vasitəsilə baxıb. Bu 2012-ci ildəki rəqəmdən çoxdur. Finala isə 300 milyondan çox adamın televizorla baxacağı gözlənilir. Fransada ən çox Fransa - Almaniya oyununa ən çox baxılıb - 19,2 milyon nəfər. Bu isə 2012-ci ilin dünya çempionatının finalından çoxdur. Almaniyada isə bu oyuna 29,2 milyon adam TV-dən baxıb. İtaliyada bu ölkənin Almaniya ilə görüşü, Britaniyada isə İngiltərənin İslandiya ilə oyununa daha çox maraq göstərilib.

UEFA-nın büdcəsinə bu turnirdən 1.93 milyard daxil olub (2012-ci ildən 34% çox). Bu gəlirlərin 1.05 milyardı TV hüquqlarından, 480 milyon sponsorlar və lisenziyalaşdırmadan və 400 milyon bilet satışından əldə olunub. Xərclər isə 1.1 milyard olub. 650 milyon turnir xərcləri, 301 milyon iştirakçı komandalara və 150 milyon yığmaya futbolçu verən klublara verilən pullardır.

100 min adam Avropa çempionatı vaxtı işlə təmin olunub. 20 min stadion təmiri ilə bağlı yeni iş yeri açılıb. 25 min full taym iş yeri yaradılıb.

Finalda David Qetta və Zara Larsson oxuyacaqlar. Bundan başqa, 480 nəfər performans nümayiş etdirəcək, 250 musiqiçi mahnı çalacaq.

Qaynarinfo.az