Xəbər lenti

UEFA Azərbaycan millisinə texniki məğlubiyyət verdi
İdman17:25 10.11.2021

UEFA Azərbaycan millisinə texniki məğlubiyyət verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
UEFA Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasına texniki məğlubiyyət verib.
Qaynarinfo xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib.
Məlumata görə, texniki məğlubiyyətə səbəb yığmanın koronavirusa yoluxma hallarına görə Avropa çempionatının seçmə mərhələ oyunlarında meydana çıxa bilməməsi göstərilib.
Qeyd edək ki, 3-cü qrupda yer alan millinin heyətində Həmzəalı Mikayılov ("Sabah”), Adəm Topalov ("Səbail”) və İbrahim Ağayarovun COVID-19 testi müsbət çıxdığından komanda Norveç, Belçika və Lüksemburqla matçlarda iştirak edə bilməyib