Xəbər lenti

"Sabah" Çempionlar Liqasında tarix yazdı - İlk dəfə Liqa mərhələsində
İdman23:23 25.08.2026

"Sabah" Çempionlar Liqasında tarix yazdı - İlk dəfə Liqa mərhələsində

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Sabah" komandası UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb.

Qaynarinfo xəbər verir ki, ölkə çempionu pley-off mərhələsinin cavab oyununda İsrailin "Hapoel" (Beer-Şeva) kollektivini qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın əsas vaxtı Azərbaycan təmsilçisinin qələbəsi ilə bitib - 3:2

Qonaqların heyətində 10-cu dəqiqədə İqor Zlatanoviç, 61-ci dəqiqədə Qay Mizrahi fərqlənib. Azərbaycan təmsilçisində Kristian Nvaçukvu 38-ci, Umarali Raxmonaliyev 74-cü, Tellur Mütəllimov 90+4-cü dəqiqədə adını taploya yazdırıb.

Rumıniyada baş tutan ilk görüşdə rəqib 2:1 hesabı ilə qalib gəldiyi üçün əlavə vaxta ehtiyac duyulub.

Əlavə vaxtda, 101-ci dəqiqədə Patrik Orfe Mbina, 115-ci dəqiqədə Coy-Lens Mikels növbəti dəfə qonaqları məyus ediblər.

Beləliklə, "Sabah" tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

Çempionlar Liqası

Pley-off

Cavab oyunu

25 avqust

Sabah (Azərbaycan) - Hapoel (Beer-Şeva, İsrail) 5:2

Qol: Kristian Nvaçukvu, 38. Umarali Raxmonəliyev, 74. Tellur Mütəllimov, 90+4. Orfe Mbina, 101. Coy Lens Mikels, 115 - İqor Zlatanoviç, 10. Quy Mizrahi, 61.

Sabah: 92. Stas Pokatilov (k), 3. Stiv Solvet, 80. Akim Zedadka, 5. Rəhman Daşdəmirov, 27. Timoteuş Puxaç, 7. Umarali Raxmonəliyev, 13. İvan Lepiniça, 21. Velko Simiç, 11. Kahim Parris, 8. Kristian Nvaçukvu, 20. Coy Lens Mikels.

Ehtiyat oyunçular: 1. Amin Ramazanov, 94. Rəvan Mirzəmmədov, 4. Aden Makarti, 6. Abdulah Xaybulayev, 10 Aleksey İsayev, 16. Rauf Rüstəmli, 17. Tellur Mütəllimov, 23. Yunes Laşab, 33. Erivaldo Almeyda, 34. Ksander Severina, 88. Rodriqo Fernandeş, 99. Orfe Mbina.

Baş məşqçi: Valdas Dambrauskas.

Hapoel: 1. Ofir Marsiano, 5. Pedro Amador, 12. İtay Rotman, 4. Migel Vitor (k), 2. Quy Mizrahi, 7. Eliel Perets, 25. Lukas Ventura, 28. Niv Yehoşuha, 9. Zahi Əhməd, 20. Javon East, 66. İqor Zlatanoviç.

Ehtiyat oyunçular: 34. Marko Volff, 3. Matan Baltaxa, 8. Məhəmməd Kənan, 11. Amir Qana, 13. Ofir Davidzade, 14. Yonas Malede, 18. Roy Levi, 19. Amit Ohana, 27. Yoan Stoyanov, 44. Cibril Diop, 45. Məhəmməd Əbu Rumi, 70. Joau Viktor.

Baş məşqçi: Ran Kojuk.

Hakimlər: İştvan Kovaç, Mixay Marika, Ferents Tunyodi, Sabolç Kovaç (Rumıniya).

VAR: Bastian Dankert (Almaniya).

AVAR: Katalin Popa (Rumıniya).

Tofiq Bəhramov adına Respublika stadionu.

İlk oyun - 1:2.