Xəbər lenti

UEFA Çempionlar Liqası: Son yarımfinalçılar bilinəcək
İdman09:26 15.04.2026

UEFA Çempionlar Liqası: Son yarımfinalçılar bilinəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
UEFA Çempionlar Liqasında bu axşam yarımfinalın son iki iştirakçısı müəyyənləşəcək.
Qaynarinfo xəbər verir ki, Avropanın ən nüfuzlu klub turnirində 1/4 final mərhələsinin cavab oyunları futbolsevərlərə iki böyük qarşılaşma vəd edir.
İngiltərədə "Arsenal" öz meydanında Portuqaliyanın "Sportinq" komandasını qəbul edəcək. İlk oyunda minimal üstünlük qazanan londonlular (1:0) doğma azarkeşlər önündə bu üstünlüyü qorumağa çalışacaq.
Gecənin digər diqqətçəkən matçında isə Almaniyada "Bavariya" ilə İspaniyanın nəhəngi "Real Madrid" üz-üzə gələcək. Madrid təmsilçisi ilk görüşdə 2:1 hesablı qələbə qazanaraq cavab oyunu öncəsi üstün vəziyyətdədir.
Artıq yarımfinala yüksələn komandalar da bəllidir "Atletiko Madrid" və Fransanın PSJ klubu növbəti mərhələdə iştirak hüququnu təmin edib.
UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları
15 aprel
23:00. "Arsenal" (İngiltərə) - "Sportinq" (Portuqaliya)
İlk oyun - 1:0
23:00. "Bavariya" (Almaniya) - "Real" (İspaniya)
İlk oyun - 1:2