
UEFA Moskvanın "Spartak" klubuna yüksək məbləğdə cərimə tətbiq edib.
Qaynarinfo.Az xəbər verir ki, UEFA rusları Avropa Liqasının III təsnifat mərhələsində Kiprin AEK klubu ilə oyunda baş verən pozuntuya görə cərimələyib. "Spartak" 1 milyon 200 min avro cərimə ödəməli olacaq.
Moskvalılar reqlamenin 57-ci maddəsini pozmaqda ittiham olunurlar. Böyük ehtimalla, qarşılaşmanın teleyayımı zamanı razılaşdırılmamış reklam olub. UEFA isə belə hallara qarşı sərt mübarizə aparır.
Qeyd edək ki, "Spartak" iki oyunun nəticəsinə görə AEK-ə sensasion şəkildə məğlub olaraq (1:1, 0:1) mübarizəni dayandırmış və nəticədə Dmitri Aleniçev baş məşqçi postundan istefa verməli olmuşdu.
Qaynarinfo.Az