Xəbər lenti

UEFA-dan Azərbaycan klubları ilə bağlı QƏRAR
İdman13:08 27.06.2013

UEFA-dan Azərbaycan klubları ilə bağlı QƏRAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan klublarının Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçirəcəyi cavab oyunlarının baş tutacağı stadionlar təsdiqlənib. 

Fanat.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat yerləşdirilib.

Beləliklə, «Qarabağ» «Metallurq»u (Makedoniya), Tofiq Bəhramov adına Respublika stadionunda, «Xəzər Lənkəran» «Slima»nı (Malta) Lənkəran şəhər mərkəzi stadionunda qəbul edəcək. Finlandiyada «Mariehamn»ın qonağı olacaq «İnter» isə «Viklöf Holdinq Arena»da meydana çıxacaq.

Qaynar.info