Xəbər lenti

UEFA-dan gözlənilməz qərar: Final Bakı Olimpiya Stadionundan çıxarıldı!
İdman12:29 10.05.2016

UEFA-dan gözlənilməz qərar: Final Bakı Olimpiya Stadionundan çıxarıldı!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016-nın yarımfinal və final oyunlarının məkanı dəyişdirilib.

Qaynarinfo.az xəbər verir ki, UEFA-nın tövsiyəsinə əsasən yarımfinal oyunları “Dalğa Arena”da, final qarşılaşması isə “Bakcell Arena”da keçiriləcək.

Qeyd edək ki, mayın 18-dəki yarımfinal oyunları və 21-dəki final matçının əvvəlcədən Bakı Olimpiya Stadionunda baş tutacağı deyilirdi.

AFFA bu qərarın nəyə əsasən verildiyini izah etməyib. Ancaq 2 variant var. Ya UEFA 65 minlik stadionun final və yarımfinal matçlarında boş qalacağından qorxub, ya da mayın 6-də bu stadiona gələn azarkeş - Orxan Şirinovun bədbəxt hadisə nəticəsində ölümü bu qərarın verilməsinə səbəb olub.

Qaynarinfo.az