Xəbər lenti

UEFA-dan Orxan Məmmədova yeni təyinat
İdman19:46 05.03.2015

UEFA-dan Orxan Məmmədova yeni təyinat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın FİFA referisi Orxan Məmmədov UEFA-dan yeni təyinat alıb.

Qaynar.info Qol.Az-a istinadən xəbər verir ki, referimiz 17 yaşadək futbolçulardan ibarət yığmalar arasında keçiriləcək Avropa çempionatının elit-raund mərhələsinin oyunlarını idarə edəcək.

O.Məmmədov 4-cü qrupda keçiriləcək İrlandiya - Yunanıstan və İrlandiya - Polşa görüşlərinin baş hakimi olacaq. Ona hər iki oyunda həmyerlimiz Mübariz Həşimov köməklik edəcək. 

Qeyd edək ki, İrlandiya - Yunanıstan oyunu martın 21-də, İrlandiya - Polşa oyunu isə martın 26-da keçiriləcək. 

Qaynar.info