
Bu gün UEFA-nın rəsmi saytı Çempionlar Liqasının final oyununa neytral azarkeşlər üçün eksklüziv bilet satışına start verib.
Qaynar.info xəbər verir ki, final Azərbaycanda Respublika günü qeyd olunarkən, yəni mayın 28-də Milanın "Cüzeppe Meatsa" ("San-Siro") stadionunda keçiriləcək.
Biletləri martın 14-ü, Bakı vaxtı ilə saat 21:00-dək sifariş vermək olar. 1 fiziki şəxs hər qiymət kateqoriyası üzrə 2 biletdən çox sifariş verə bilməz. Biletlər 4 kateqoriya üzrə satılacaq.
1-ci kateqoriya: 440 avro
2-ci kateqoriya: 320 avro
3-cü kateqoriya: 160 avro
4-cü kateqoriya: 70 avro
Güzəştli uşaq (14 yaşdan böyük olmayanlar) paketləri: 140 avro
Qeyd edək ki, UEFA 71500 azarkeş tutumu olan stadiona 46 min satışa bilet buraxıb. Bunlardan 20 min finalda iştirak edəcək hər 2 komandanın azarkeşlərinə, qalan 6 min isə neytral azarkeşlərə satılacaq.
Qaynar.info