Xəbər lenti

UEFA İsraildəki oyunların hamısını təxirə saldı
İdman07:15 09.10.2023

UEFA İsraildəki oyunların hamısını təxirə saldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
UEFA İsraildəki mövcud təhlükəsizlik vəziyyəti ilə əlaqədar yaxın bir neçə həftə ərzində ölkədə keçirilməsi planlaşdırılan bütün oyunları təxirə salıb.
Qaynarinfo-nun məlumatına görə, bu barədə UEFA-nın bəyanat yayıb. Müvafiq olaraq, İsraildə oktyabrın 17-dək keçirilməsi nəzərdə tutulan matçların daha sonrakı tarixə təxirə salınması qərara alınıb.
İsraildə keçirilməsi planlaşdırılan, lakin təxirə salınan matçlar belədir:
2024-cü il Avropa çempionatının seçmə mərhələsi :
12 oktyabr: İsrail-İsveçrə
2025-ci il 21 yaşadək futbolçular arasında UEFA Avropa çempionatı:
12 oktyabr: İsrail-Estoniya
17 Oktyabr: İsrail-Almaniya
2024 UEFA U-17 Avropa Çempionatı:
11 Oktyabr-17 Oktyabr: İsrail, Belçika, Cəbəllütariq və Uelsin qatıldığı mini turnir
Bəyanatda bildirilib ki, UEFA vəziyyəti yaxından izləməyə davam edəcək və yeni tarixlər və digər gələcək matçlarda mümkün dəyişikliklərlə bağlı qərar qəbul etməzdən əvvəl bütün iştirakçı komandalarla əlaqə saxlayacaq.
Səbuhi Həsənov