Xəbər lenti

UEFA "Keşlə"nin adı ilə bağlı qərar verdi
İdman06:14 06.04.2022

UEFA "Keşlə"nin adı ilə bağlı qərar verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
AFFA-nın Lisenziyalaşdırma Qrupu "Şamaxı” Futbol Klubunun "Keşlə” FK-nın varisi kimi tanınması və "3 illik üzvlük qaydası”nın istisna edilməsi üçün UEFA-ya müraciət etmişdi.
Qaynarinfo qurumun rəsmi saytına istinadən xəbər verir ki, UEFA-nın "Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play” qaydalarında UEFA lisenziyasının alınması üçün tələb olunan meyarlardan biri də lisenziya iddiaçısının lisenziyalaşdırma mövsümünün əvvəlində ən azı ardıcıl 3 il ərzində fəaliyyət göstərməsi və daxili yarışlarda iştirak etməsidir. İstisna yanaşmanın tətbiq olunması ilə bağlı AFFA-nın müvafiq müraciəti nəzərə alınaraq, təqdim olunmuş sənədlərə əsasən UEFA-nın Klubların Maliyyə Nəzarəti üzrə Orqanı (CFCB) tərəfindən müsbət qərar qəbul edilmişdir.
Səbuhi Həsənov