UEFA Konfrans Liqasında 2021/2022 mövsümünün qalibi bəlli olub.
Qaynarinfo xəbər verir ki, ilk dəfə təşkil olunan turnirin final oyunu Albaniyanın paytaxtı Tirana şəhərindəki Milli Arenada baş tutub.
Həlledici maçtda İtaliyanın "Roma” və Niderlandın "Feyenoord” klubları üz-üzə gəlib.
Oyun qarşılıqlı hücumlarla yadda qalıb.
Maçtda ilk qol 32-ci dəqiqədə "Feyenoord”un qapısına vurulub. Zaniolo "Roma”nı hesabda önə çıxarıb.
İlk hissə bu hesabla başa çatsa da ikinci hissə Niderland təmsilçisini qarşılıqlı hücumları ilə yadda qalıb.
Bütün bunlara baxmayaraq, hesab dəyişməyib və İtaliyanın "Roma” klubu tarixi uğura imza ataraq ilk dəfə təşkil olunan turnirin kubokunu başı üzərinə qaldırıb.
Bu, "Roma"nın 95 illik tarixində 2-ci, komandanın baş məşqçisi Joze Mourinyonun isə 5-ci avrokubok titulu olub. Paytaxt təmsilçisi daha əvvəl 1961-ci ildə Yarmarkalar Kubokunu əldə edib. Portuqaliyalı mütəxəssis isə hərəsində 2 dəfə olmaqla Çempionlar Liqası və Avropa Liqasında qələbə sevinci yaşayıb.