Xəbər lenti

UEFA Maksim Medvedevlə bağlı şikayəti rədd etdi
İdman13:23 17.08.2017

UEFA Maksim Medvedevlə bağlı şikayəti rədd etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

UEFA Danimarka "Kopenhagen"inin "Qarabağ"ın futbolçusu Maksim Medvedevlə bağlı etdiyi şikayətə baxıb.

"Report"un "Kopenhagen"in rəsmi saytına istinadən verdiyi məlumata görə, etiraz məktubu əlavə əsaslandırma göstərilmədən rədd edilib. 

Avropa futbol qurumu qərardan apellyasiyanın qeyri-mümkünlüyünü də diqqətə çatdırıb. Bu isə o deməkdir ki, Medvedev avqustun 23-də "Parken" stadionunda keçiriləcək cavab görüşündə də meydana çıxa biləcək.  

Qeyd edək ki, "Kopenhagen" Bakıdakı görüşdə Maksim Medvedevin Pyer Benqtssonun sifətinə qəsdən zərbə endirdiyini iddia edərək, onun cəzalandırılmasını istəyirdi. 

Qaynarinfo.Az