UEFA-nın 2021-ci ildə Azərbaycan Premyer Liqasında çıxış edən 8 kluba 16 milyon 296 min 98 manat ödəyib.
Qaynarinfo xəbər verir ki, Avropanın ali futbol qurumu tərəfindən "Qarabağ"a 10 728 549, "Neftçi"yə 2 968 036, "Sumqayıt"a 1 040 417, "Keşlə"yə 900 000, "Qəbələ"yə 212 010, "Zirə"yə 154 051, "Səbail"ə 154 051, "Sabah"a isə 138 984 manat ödəniş edilib.
Klubların Çempionlar Liqası və Avropa Liqasında çıxışı ilə əlaqədar və digər layihələrə görə UEFA-dan ayrılan maliyyə vəsaitləri AFFA-nın vasitəsilə klubların hesabına köçürülüb.