Xəbər lenti

UEFA-nın yenilənən reytinqi: Klublarımız neçəncidir?
İdman 12:22 11.07.2026

UEFA-nın yenilənən reytinqi: Klublarımız neçəncidir?

UEFA-nın yenilənmiş klub reytinqində Azərbaycan təmsilçilərinin mövqeyi açıqlanıb.

Siyahıda ölkəmizin ən yüksək pillədə qərarlaşan komandası "Qarabağ”dır. Ağdam təmsilçisi 33,750 əmsalla 59-cu sırada yer alıb.

Son 5 mövsümün nəticələrinə əsasən, hazırlanan siyahıda Azərbaycan klublarından sonrakı yerləri "Sabah” (215-ci yer, 6,000 əmsal), "Zirə” (226-cı yer, 5,500 əmsal), "Neftçi” (304-cü yer, 4,000 əmsal), "Araz-Naxçıvan” (308-ci yer, 2,000 əmsal), "Sumqayıt” (309-cu yer, 1,500 xal) və "Qəbələ” (310-cu yer) tutur.//qol.az

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->