Xəbər lenti

UEFA “Qarabağ”ın cavab oyununun hakimlərini dəyişdi
İdman 11:21 24.07.2024

UEFA “Qarabağ”ın cavab oyununun hakimlərini dəyişdi

UEFA "Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Linkoln”la keçirəcəyi cavab oyununun hakimlərini dəyişib.

Qaynarinfo qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Bakıdakı matça Danimarkadan olan hakimlər briqadası gələcək.

İyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçı Yakob Sundberq idarə edəcək. Ona Deniz Yurdakul və Viktor Skitte kömək edəcək. Dördüncü hakim funksiyasını Yakob Karlsen yerinə yetirəcək. Yonas Hansen VAR, Yens Maae AVAR kimi iş başında olacaq.

Qeyd edək ki, UEFA daha əvvəl Ukraynadan olan hakimlər briqadasının qarşılaşmanı idarə edəcəyini açıqlamışdı.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->