UEFA Avropada azarkeşlərin satdiona girişi ilə bağlı qaydalarda yenlik edib.
Qaynarinfo qurumun rəsmi saytına istinadən xəbər verir ki, pandemiya ilə əlaqədar azarkeşlərin stadionlara girişinə qoyulan bəzi məhdudiyyətlər yumşaldılıb gedib. Belə ki, yeni mövsümdən etibarən avrokuboklarda səfər oyunlarında qonaq komandaların azarkeşləri də iştirak edə biləcək. Azarkeş protokolunu yeniləyən UEFA bu qadağanı aradan qaldırıb.
Belə ki, avrokuboklarda mübarizə aparan klublar stadion tutumunun 5 faizi qədər qonaq azarkeş yerləşdirə biləcək. Amma bununla bağlı son qərarı yerli hökümətlər verəcək. Məhz onların təsdiqindən sonra qonaq komandaların azarkeşləri oyunlarda iştirak edə biləcək.
Səbuhi Həsənov