Xəbər lenti

UEFA "İnter"dən sonra daha 2 klubu avrokuboklardan uzaqlaşdırdı
İdman14:22 31.03.2016

UEFA "İnter"dən sonra daha 2 klubu avrokuboklardan uzaqlaşdırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Ukraynanın "Dnepr" klubunun da avrokuboklardan 1 mövsümlük uzaqlaşdırıldığı məlum olub.

Qaynar.info xəbər verir ki, bu haqda UEFA bu gün açıqlama yayıb. Dnepropetrovsk təmsilçisi haqqında belə qərar çıxarılmasına səbəb bu klubun sabiq məşqçi və futbolçularına borclarını vaxtında verə bilməməsi olub.

Belə ki, "Dnepr" bunadək Xuande Ramosun baş məşqçisi olduğu dövrdə ispan məşqçilər qarşısında öhdəliklərini yerinə yetirməyib. Komandanın kapitanı Ruslan Rotan da bildirib ki, hazırda turnir cədvəlinin IV pilləsində olan "Dnepr" oyunçulara maaşların ödənilməsini dayandırıb.

Qeyd edək ki, UEFA dünən Azərbaycanın "İnter" klubu haqqında eyni səbəbdən diskvalifikasiya qərarı çıxarıb. "İnter" də "Dnepr" kimi IV pillədədir və bu il ölkəni avrokuboklarda təmsil etməyə yaxın idi. Avrokuboklardan kənarlaşdırılan digər klub Rumıniyanın "Tırqu Mureş" komandasıdır.

Qaynar.info