Xəbər lenti

UEFA "Qarabağ"ı almanlara tapşırdı
İdman09:58 14.08.2014

UEFA "Qarabağ"ı almanlara tapşırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa Liqasının play-off mərhələsində baş tutacaq "Qarabağ" (Azərbaycan) - "Tvente" (Hollandiya) oyunun təyinatları açıqlanıb. Qaynar.info xəbər verir ki, UEFA matçı alman hakimlərə tapşırıb.

Qarşılaşmanı Manuel Qrafe idarə edəcək. Ona Holger Hensçel və Kristian Gittelmann yardımçı olacaq. Dördüncü hakim funksiyasını Quydo Vinkmann yerinə yetirəcək.

UEFA nümayəndəsi Gürcüstandan Dmitri Bokeriya, hakim-inspektor isə Danimarkadan Yorn Vest Larsen olacaq.

Hakimlər: Manuel Qrafe, Holger Hensçel, Kristian Gittelmann, Quydo Vinkmann (Almaniya).
UEFA nümayəndəsi: Dimitri Bokeriya (Gürcüstan).
Hakim-inspektor: Yorn Vest Larsen (Danimarka).

Qaynar.info