Xəbər lenti

UEFA Qurban Qurbanovu tanımadı
İdman10:48 10.07.2013

UEFA Qurban Qurbanovu tanımadı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

UEFA-da “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovu dəyişiblər. 

Apasport.az saytının məlumatına görə, Avropanın ali futbol qurumunun saytı onun yerinə baş məşqçi kimi Zaur Tağızadəni göstərib. Bu səhv “Qarabağ”ın iştirak ərizəsində qeydə alınıb.

Qeyd edək ki, futbolçu olduğu vaxtlarda mətbuat tərəfindən “qızıl oğlan” ləqəbi ilə mükafatlandırılmış Zaur Tağızadə Qurban Qurbanovun köməkçilərindən biridir.