Xəbər lenti

UEFA "Səbail"in oyununun hakimlərini dəyişdi
İdman06:24 09.07.2019

UEFA "Səbail"in oyununun hakimlərini dəyişdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa Liqasının birinci təsnifat mərhələsində keçiriləcək "Səbail” – "Universitatya Krayova” (Rumıniya) oyununa hakimlərin təyinatında dəyişiklik edilib.
Qaynarinfo xəbər verir ki, matçı əvvəlcədən açıqlandığı kimi Finlandiyadan yox, Maltadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Fyodor Zammit olacaq. Ona Dunkan Sultana və Teodor Zammit köməklik edəcək. Dördüncü hakim funksiyasını Mario Apap yerinə yetirəcək.
Qeyd edək ki, bundan əvvəl qarşılaşmanın baş hakimi Ville Nevalaynen təyin olunmuşdu.
Xatıradaq ki, iyulun 11-də "ASCO Arena”da keçiriləcək "Səbail” - "Universitatya Krayova” oyununa  yerli vaxtla saat 20:00-da başlayacaq.