
UEFA Superkubokunun sahibi müəyyənləşib. Fanat.az xəbər verir ki, həlledici matçda Çempionlar Liqasının qalibi "Real" Avropa Liqasının çempionu "Sevilya"nı sınağa çəkib.
"Kardiff Siti" stadionunda keçirilən qarşılaşmada 2 qol vurulub. "Real"ın ulduzu Kriştiano Ronaldo 30-cu dəqiqədə Qaret Beylin ötürməsini tora qovuşduraraq hesabı açıb. Portuqaliyalı futbolçu 49-cu dəqiqədə ikinci qolu rəqib qapısından keçirib - 2:0.
Qeyd edək ki, "Real" indiyədək 4 dəfə Superkubokun iştirakçısı olub. 2002-ci ildə çempion adını qazanan "Kral Klubu" 1998 və 2000-ci illərdə uduzub. "Sevilya" isə 2006-cı ildə kuboku başı üzərinə qaldırıb, 2007-də məğlubiyyətə üzülüb.
Superkubok
12 avqust
Real (İspaniya) - Sevilya (İspaniya) 2:0
Qollar: Kriştiano Ronaldo, 30; 49.
Qaynar.info