İdman 20:37 18.10.2022

UEFA türk bayrağına görə Belçika klubunu cərimələdi

UEFA Konfrans Liqasının pley-off mərhələsində baş tutan "Antverpen" - "Başakşəhər" matçında baş verənlərlə bağlı qərarırnı açıqalyıb.

Qaynarinfo xəbər verir ki, sözügedən matçda Türkiyə bayrağı yandırıldığı üçün ev sahibi klub 10 min avro məbləğində cərimələnib. 

Qurumun açıqlamasına görə avqustun 25-də keçirilən və "Başakşəhər"in 3:1 hesablı qələbəsi ilə bitən matçla bağlı aparılan istintaq yekunlaşıb. Belçika təmsilçisi aqressivlik ehtiva edən təxribat xarakterli mesaja və təhlükəsizlik tədbirləri görülməməsinə görə meydan sahibləri 10 min avro məbləğində cəriməyə məruz qalıb.

Səbuhi Həsənov