Xəbər lenti

UEFA yeni reytinq cədvəlini açıqladı - Yerimizdə sayırıq...
İdman07:03 29.11.2019

UEFA yeni reytinq cədvəlini açıqladı - Yerimizdə sayırıq...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avrokubokların qrup mərhələsinin V turundan sonra UEFA yeni reytinq cədvəlini açıqlayıb. 
Qaynarinfo xəbər verir ki, Avropada yeganə təmsilçimiz "Qarabağ” səfərdə "Sevilya”ya (0:2) uduzduğu üçün ölkəmizin aktivindəki xal sayı və mövqeyi dəyişməz qalıb. Hesabında 18,500 xal olan Azərbaycan 26-cı sırada qərarlaşıb. 
"Astana”nın qələbəsi sayəsində xallarını 19,250-yə çatdıran Qazaxıstanı keçmək isə carı mövsüm ərzində mümkün olmayacaq.
Qeyd edək ki, cədvələ 94,855 xalla İspaniya başçılıq edir.