
Fransada keçiriləcək futbol üzrə Avropa çempionatında baş məşqçilərin nə qədər qazanacağı bəlli olub.
Qaynarinfo.az xəbər verir ki, siyahıya əsasən, ilk sırada İngiltərənin baş məşqçisi Roy Hocson yer alıb - 3,5 milyon funt sterlinq.
II sırada İtaliya yığmasının baş məşqçisi Antonio Konte (3,15 milyon funt sterlinq), III sırada isə Türkiyənin baş məşqçisi Fatih Terim qərarlaşıb (2,7 milyon funt sterlinq).
Maraqlıdır ki, Uels millisinin üzvü Qaret Beylin Madrid "Real"ında həftəyə aldığı 300 min funt həmin millinin baş məşqçisi Kris Kolmanın ilinə aldığı maaşdan 100 min dəfə çoxdur. Məşqçilər arasında maaş almayan da var. Bu, Rusiya yığmasının çalışdırıcısı Leonid Slutskidir. O, Moskva ÇSKA-sını da çalışdırdığından, yalnız qələbə və heç-heçəyə görə bonus alır.
Qaynarinfo.az

