Xəbər lenti

ÜST: Pandemiyadan real ölüm rəqəmini və bütün statistikanı açıqladı
Dünya 20:05 05.05.2022

ÜST: Pandemiyadan real ölüm rəqəmini və bütün statistikanı açıqladı

ÜST dünyada koronavirusdan real ölüm rəqəmlərinin 15 milyona yaxın olduğunu deyib.

Qaynarinfo BBC-yə istinadla xəbər verir ki, bu barədə təşkilatın yeni qiymətləndirməsində bildirilir.

Bu rəqəmin iki il ərzində normalda gözləniləndən 13% artıq olduğu deyilir.

Səhiyyə təşkilatı bildirir ki, bir çox ölkələr real ölüm rəqəmlərini düzgün saymayıblar, ancaq 5.4 milyon ölüm qeydə alınıb.

Bildirilir ki, Hindistanda koronavirusdan real ölüm sayı rəsmi göstəriləndən 10 dəfə çox 4.7 milyondur. Bu, həm də dünyadakı hər üç ölümdən biri deməkdir. 
ÜST-ün yeni hesablaması təkcə birbaşa kovid səbəbindən ölümləri qeydə almayıb, həmçinin pandemiya dövrü koronavirusun digər təsirlərinə görə olan ölümləri də qeyd edir.
 
Ancaq göstərilən 9.5 milyondan artıq ölüm bir başa koronavirus səbəbindən baş verib. 

Ölüm hallarının ümumilikdə 57% kişilər, 43%-i qadınlar arasında baş verib. 

Ölümlərin 15% yüksək gəlirli ölkələrdə, 28% orta gəlirli, 53%-i isə aşağı gəlirli ölkələrdə qeydə alınıb.

Ölkələr üzrə ən çox artıq ölüm halları Misirə aiddir. Bu ölkədə rəsmi göstərilən rəqəmdən 11.6 dəfə çox real ölüm sayı var. Rusiyada isə real rəqəmlər rəsmi rəqəmlərdən 3.5 dəfə çoxdur.

"Bu dəhşətli rəqəmdir və bizim üçün itirilən həyatlara ehtiram göstərmək vacibdir. Həmçinin siyasiləri bunlara görə məsul tutmalıyıq. Əgər ölənləri saymasaq, növbəti dəfə üçün yaxşı hazırlaşmaq şansını qaçıracağıq”,- ÜST-ün məlumat departamentindən doktor Samira Asma deyib.

Nurlan Hüseynov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->