Xəbər lenti

UFA Rusiyanın FIFA və UEFA-dan qovulmasını istəyir
İdman13:58 25.06.2023

UFA Rusiyanın FIFA və UEFA-dan qovulmasını istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna Futbol Assosiyasiyası (UFA) FIFA və UEFA-ya müraciət edərək, Krım klublarına görə Rusiyanın həmin təşkilatlardan xaric edilməsini tələb edib.
Qaynarinfo xəbər verir ki, qurumun saytında yer alan bəyanatda Ukrayna Futbol Assosiyasiyası Rusiyanın son hərəkətləri ilə bağlı FIFA və UEFA ilə əlaqə saxladığı bildirilib.
"Rusiya rəsmilərinin Krımdan komandaları Rusiyada keçiriləcək yarışlara cəlb etmək istəyi Ukrayna Futbol Assosiasiyasına təsirsiz ötüşməyib. Son altı ayda UFA dəfələrlə belə təşəbbüslərə cavab verib, FIFA prezidenti Canni İnfantino və UEFA prezidenti Aleksander Çeferinə ünvanladığı rəsmi məktublarda öz mövqeyini bir daha təsdiqləyib.
Bu yaxınlarda açıq mənbələr Krımdan olan "Sevastopol”un Rusiya İkinci Liqasında iştirak etmək üçün sertifikat aldığını bildirib. Həmçinin qeyd edilir ki, Rusiya rəsmiləri öz yarışlarına Krımdan digər komandaları - "TSK-Tavriya”, "Rubin” və "Okean”ı da cəlb etməyi planlaşdırırlar.
Belə hərəkətlərə icazə verilməsi əslində FIFA və UEFA-nın mövqeyinə və qərarlarına etinasızlıq nümayiş etdirir.
Bununla əlaqədar olaraq, UFA bu prosesin FIFA və UEFA-da nəzərdən keçirilməsində, gələcəkdə bu prosesin inkişafının qarşısını almaq üçün tədbirlər görülməsində və imkanların axtarılmasında israrlıdır.
Biz həmçinin FIFA və UEFA-ya dünya və Avropa futbolunun rəhbər orqanlarının nizamnamələrinin tələblərinə və qlobal futbol ailəsinin dəyərlərinə əməl etmədiyinə görə Rusiya Futbol İttifaqının FIFA və UEFA-ya üzvlüyündən məhrum edilməsinin mümkünlüyünü nəzərdən keçirmək xahişi ilə müraciət edirik", - deyə UFA iyun ayında FIFA və UEFA-ya göndərdiyi məktubun mətnindən sitat gətirir.
Nizami Bağırov