Xəbər lenti

Ukrayna Aİ-yə üzvlüklə bağlı danışıqlar üçün bütün tələbləri yerinə yetirib – AK rəhbəri
Dünya 16:46 11.06.2024

Ukrayna Aİ-yə üzvlüklə bağlı danışıqlar üçün bütün tələbləri yerinə yetirib – AK rəhbəri

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen təsdiqləyib ki, Ukrayna bu ayın sonuna kimi Aİ-yə daxil olmaq üzrə danışıqlara başlamaq üçün bütün lazımi addımları tamamlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Ursula fon der Leyen çərşənbə axşamı Berlində Ukraynanın Bərpası üzrə Konfransda deyib.

Von der Leyen Ukraynanın yaxın illərdə Aİ-dən çox milyard dollarlıq makromaliyyə yardımının ayrılması üçün şərt olan islahat planını bu yaxınlarda təsdiqlədiyini xatırladıb.

Bu kontekstdə o, Ukraynanın Aİ dövlətlərinin onunla üzvlük danışıqlarına başlamağa layiq olduğunu vurğulayıb:

"Ukrayna bizim müəyyən etdiyimiz bütün addımları tamamladı və buna görə də biz inanırıq ki, Aİ bu ayın sonuna qədər Ukrayna ilə üzvlük danışıqlarına başlamalıdır".

İyunun 7-də Avropa Komissiyası təsdiqləyib ki, o, Aİ-nin genişlənməsinə dair noyabr hesabatında əksini tapmış Ukrayna və Moldovanın avrointeqrasiya islahatlarının gedişatına müsbət şifahi qiymət verib.

Eyni zamanda, mətbuatda yayılan məlumatlara görə, Avropa İttifaqına üzv dövlətlərin daimi nümayəndələri Avropa Komissiyasının Ukrayna ilə Aİ-yə daxil olmaq üzrə danışıqlara başlamaq tövsiyələri ilə bağlı son iclasda Macarıstan etiraz etdiyi üçün yenidən qərar qəbul edə bilməyiblər.
Almaniya hökuməti bu yaxınlarda bildirib ki, Ukrayna Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamaq üçün zəruri olan islahatlar  tələblərini yerinə yetirib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->