Xəbər lenti

Ukrayna Bakıda əvvəl "Neftçi"ni, sonra Azərbaycanı məğlub etdi
İdman13:51 01.03.2016

Ukrayna Bakıda əvvəl "Neftçi"ni, sonra Azərbaycanı məğlub etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda qonaq olan Ukraynanın 17 yaşadək milli komandası (U-17) bu gün azərbaycanlı həmyaşıdları ilə yoxlama oyunu keçirib.

Qaynar.info xəbər verir ki, ukraynalılar Bakı Olimpiya Stadionunda keçirilən görüşdə U1-7 millimizə 2:0 hesabı ilə qalib gəlib. Tərəflər 2 gün sonra yenə qarşılaşacaqlar.

Qeyd edək ki, 2 gün əvvəl Ukrayna U-17-si nisbətən yaşca özündən böyük "Neftçi"nin əvəzedici komandasını 5:1 hesabı ilə darmadağın etmişdi.

Qaynar.info