Dünya 13:39 21.05.2023

"Ukrayna əsgərləri Baxmutu yarımmühasirəyə aldı" - Müdafiə Nazirliyi

"Ukrayna əsgərləri Donetsk vilayətinin Baxmut şəhərini yarımmühasirəyə alıblar ki, bu da onlara rus işğalçılarını məhv etməyə imkan verir".

Qaynarinfo xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Hanna Malyar "Telegram" kanalında yazıb.

Nazir müavini bildirib ki, Rusiya qoşunları şəhərin nəzarət etdikləri hissəsində müdafiə olunmağa məcburdur: "Düşmən Baxmutu mühasirəyə ala bilməyib və onlar şəhər ətrafındakı hakim yüksəkliklərinin bir hissəsini itiriblər”.

Onun sözlərinə görə, hələ də davam edən ukraynalı əsgərlərin şəhərətrafı ərazilərdə cinah irəliləməsi rusların Baxmutda qalmasını çox çətinləşdirir. Malyar əlavə edib ki, şəhərdə Ukraynanın müdafiəçiləri "Litak” rayonunda sənaye və infrastruktur obyektlərinə və özəl sektora nəzarət edirlər.

"Qoşunlarımız şəhəri yarımmühasirəyə alıblar ki, bu da bizə düşməni məhv etmək imkanı verir. Ona görə də düşmən şəhərin nəzarət etdiyi hissədə özünü müdafiə etməlidir", deyə o vurğulayıb.

Aydın