Xəbər lenti

Ukrayna Kursk vilayətində baş verənlərlə bağlı ABŞ-a xəbərdarlıq etməyib - DD
Dünya 10:05 08.08.2024

Ukrayna Kursk vilayətində baş verənlərlə bağlı ABŞ-a xəbərdarlıq etməyib - DD

Ukrayna ABŞ-a Kursk bölgəsində hərbi əməliyyat keçirmək niyyəti barədə xəbərdarlıq etməyib, lakin burada "qeyri-adi heç nə” yoxdur. 

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin spikeri Metyu Miller brifinqdə bildirib. 

"Ukraynanın onları həyata keçirməzdən əvvəl bizə dəqiq taktikalarını deməməsi qeyri-adi deyil. Bu, onların apardıqları müharibədir. Biz onları avadanlıq və məsləhətlərlə təmin edirik. Amma gündəlik taktikalara gəlincə, bəzən onlarla ünsiyyətdə oluruq, bəzən yox. Və bu qərarları özlərinin verməsi məqsədəuyğundur”, - deyə spiker bildirib.

Eyni zamanda, Miller iddia edir ki, ABŞ-ın Rusiya ərazisinə zərbələr endirmək üçün Amerika silahlarından istifadə siyasəti dəyişməyib, lakin onun sözlərinə görə, Ukraynanın hazırkı hərəkətləri Vaşinqtonun siyasəti ilə ziddiyyət təşkil etmir.

Qeyd edək ki, Kursk vilayətində gedən döyüşlər zamanı Rusiyanın "Z-hərbi müxbiri” Yevgeni Poddubnı məhv edilib. O, VGTRK-da müxbir kimi işləyib və özünün böyük teleqram kanalı vardı, burada müharibə təbliğatı aparırdı.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->