Xəbər lenti

Dünya 15:43 23.04.2024

Ukrayna XİN xaricdəki konsulluqlarda müharibədən yayınanların sənədlərinin işlənməsini dayandırdı

Ukraynanın xaricdəki diplomatik nümayəndəlikləri aprelin 23-dən 18-60 yaş arası kişilərə konsulluq xidmətləri göstərməyi dayandıracaq.

Qaynarinfo xəbər verir ki, bu barədə "Zerkalo nedeli” nəşri Ukrayna Xarici İşlər Nazirliyinin müvafiq əmrinə istinadən bildirir

Xarici işlər nazirinin birinci müavini Andrey Sibiqanın imzaladığı və surəti nəşrin dərc etdiyi məktubda deyildiyi kimi, qadağa bu yaxınlarda qəbul edilmiş səfərbərlik haqqında qanunun müddəalarına aydınlıq gətirilənə qədər qüvvədə qalacaq. 

Konsulluqların bu kateqoriyadan olan vətəndaşlara göstərə biləcəyi yeganə xidmət Ukraynaya qayıtmaq üçün sənədlərin hazırlanmasıdır. Xarici İşlər Nazirliyinin istinad etdiyi qanunun müddəalarından birinə görə, xaricdə konsulluq xidməti yalnız cari hərbi qeydiyyat sənədlərinə malik olan və ya konsulluq xidmətinin sifarişi ilə eyni vaxtda yenilənən çağırışçı yaşında olan kişilərə göstəriləcək. 

"Suspilne” xəbər verir ki, Ukraynanın Polşa və İspaniyadakı konsulluqları artıq çağırışçı yaşında olan vətəndaşların qəbulunun dayandırılması ilə bağlı xəbərdarlıq ediblər; Çexiyada tamamlanmış sənədlərin verilməsi dayandırılıb. Bundan başqa, "Pasport xidməti” Vətəndaşlara xidmət mərkəzi "Facebook” səhifəsində "Texniki səbəblərə görə "Sənəd” dövlət müəssisəsinin xarici filiallarında hazır sənədlərin verilməsi dayandırılıb” xəbəri yayılıb.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba söz verib ki, nazirlik yaxın vaxtlarda yaşa görə səfərbərlik hüququ olan kişilərə konsulluq xidmətlərinin göstərilməsi proseduru ilə bağlı aydınlıq gətirəcək. "Əgər bu adamlar hesab edirlərsə kimsə orada, uzaqda, cəbhədə bu dövlət üçün döyüşür, canını verir və kimsə xaricdə oturub, eyni zamanda bu dövlətdən xidmət alacaq, xeyr, bu belə işləmir”, - deyə ukraynalı nazir yazıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->