Ukraynadan Rusiyaya sərhədi qanunsuz keçmək istəyən azərbaycanlı saxlanılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Sərhəd Xidməti məlumat yayıb. Bildirilir ki, adı açıqlanmayan Azərbaycan vətəndaşı Ukraynada həbsdən azad olunduqdan sonra Rusiyaya getmək qərarı verib.
O, cəzasını həbsxanada çəkdikdən sonra Rusiya ərazisinə giriş qadağası səbəbindən qanunsuz olaraq sərhədi keçməyə cəhd göstərib. Luqansk vilayətində isə sərhədçilər gecə yarısı Novopskovski rayonunun Sosnivka kəndi yaxınlığında sərhədi qanunsuz keçməyə cəhd edən azərbaycanlını saxlayıblar.
Azərbaycan vətəndaşı barəsində dövlət sərhədini qanunsuz keçməyə cəhd etdiyinə görə, inzibati materiallar tərtib edilərək məhkəməyə təqdim edilib.
Əhməd