Xəbər lenti

Ukraynada həlak olan azərbaycanlı döyüşçü aparıcı olub (YENİLƏNİB/FOTO)
Ölkə07:18 18.07.2022

Ukraynada həlak olan azərbaycanlı döyüşçü aparıcı olub (YENİLƏNİB/FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynada həlak olan azərbaycanlı döyüşçü ilə bağlı yeni məlumatlar yayılıb.
Qayanrinfo xəbər verir ki, 35 yaşlı Kərim Qulamov Donbas bölgəsində Antiterror Əməliyyatının veteranlarından olub, 73-cü xüsusi əməliyyatda yaxından iştirak edib. 
O, 2018-ci ildə Ukraynanın "M2” telekanlında hərbi hit-paradın aparıcısı olub. Kərim Qulamov Andriy Antonenko ("Riffmaster”) ilə bir yerdə işləyib. Ötən gün o, Antonenko ilə bir yerdə döyüşlərdə həlak olub.
Bildirilib ki, Kərim Qulamov Kiyev vilayətinin Obuxov şəhərində məktəbi bitirib, İrpendə yaşayıb.
Dostları onunla bağlı rəylərində belə yazıb: "Təəssüf, Ukrayna əsl müdafiəçisini itirdi. Sən mübariz, dürüst və örnək idin”.
İyulun 26-da Kərim Qulamovun 35 yaşı tamam olacaqdı.
11.18
Ukraynada gedən ağır döyüşlərdə daha bir azərbaycanlı - Kərim Qulamov həlak olub.
Qaynarinfo xəbər verir ki, bu barədə yaxınları sosial şəbəkədə məlumat yayıb.
Kərim Qulamov Ukraynanın Obuxov şəhərində doğulub.
35 yaşlı Kərim Qulamov müharibə başlayandan sonra könüllü olaraq ordu sıralarına qoşularaq Ukraynanın şərqində gedən döyüşlərdə iştirak edib.