Xəbər lenti

Ukraynada şiddətli döyüşlər başladı
Ölkə13:00 03.06.2015

Ukraynada şiddətli döyüşlər başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hazırda Ukraynanın şərqində ağır döyüş gedir.

Anspress-in məlumatına görə, bu barədə Ukrayna Ordusunun nümayəndəsi Andrey Lısenko bildirib.

Onun sözlərinə görə, separatçılar hökumət qoşunlarının mövqelərini tank, minaatan və artilleriya qurğularından atəşə tuturlar: "Rusiyapərəst separatçılar iyunun 3-dən Ukrayna ordusunun Marinka və Krasnoqorivka yaxınlığındakı mövqelərini ağır silahlar da daxil olmaqla şiddətli atəşə tuturlar. Ukrayna ordusu öz mövqeyində dayanıb."

Separatçıların baş komandanı Eduard Basurin deyib ki, toqquşmalar hələ gecə yarısından başlanıb. Buna görə, hökumət qüvvələri günahkardır."

Xatırladaq ki, Marinka separatçıların nəzarətində olan Donetskin 15 kilometrliyində yerləşir. Ötən ilin aprelindən indiyədək Ukraynanın şərqində gedən döyüşlərdə 7 minə yaxın insan həlak olub.

Qaynar.info