Xəbər lenti

Ukraynadan "Xəzər Lənkəran"ın oyununa pul qoyuluşu edildi - FOTOFAKT
İdman09:05 17.03.2016

Ukraynadan "Xəzər Lənkəran"ın oyununa pul qoyuluşu edildi - FOTOFAKT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ölkə xaricində Azərbaycan çempionatının oyunlarına pul qoyuluşu edilir. Əslində burda təəccüblü heç nə yoxdur. Lakin məsələ burasındadır ki, pul qoyuluşu Azərbaycan Premyer Liqasının oyunları ilə kifayət etmir.

Qaynar.info xəbər verir ki, 19 yaşadək futbolçular arasında keçirilən Azərbaycan çempionatının oyunları da xaricdə bukmeyker kontorlarına çıxarılır.

Bunu təsdiq edən fakt kimi "Xəzər Lənkəran"ın beynəlxalq əlaqələr üzrə meneceri Ramil Cahangirovun sosial şəbəkədə yazdığı statusu göstərmk olar: "Dünən axşam saat 5-6 arası ofisə Ukraynadan bir nəfər zəng vurdu və "Bakı" U-19 - "Xəzər Lənkəran" U-19 (1:1) matçının hesabını, həmçinin hansı komandanın hesabı açdığını soruşdu. Dedi ki, oyuna pul qoyuluşu edib. Bu gün də görürəm ki, belə bir e-mail də gəlibmiş. Ümumiyyətlə, bildiyim qədər, bizim U-19 liqası daim xarici bukmekerlərin diqqət mərkəzindədir".

"Xəzər Lənkəran" rəsmisi daha sonra ona gəlmiş elektron məktubu göstərib. Məktubda görünür ki, Aleks adlı bir nəfər (böyük ehtimalla, Aleksey - red.) "Xəzər Lənkəran" rəsmisindən bu oyunun ilk hissəsinin hesabını, yekun nəticəni, eləcə də vurulan qolların vaxtını soruşur. 

Qaynar.info