Xəbər lenti

Ukraynadan təxliyə edilən azərbaycanlılar sabah Bakıya gətirilir
Ölkə18:41 26.02.2022

Ukraynadan təxliyə edilən azərbaycanlılar sabah Bakıya gətirilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın müxtəlif şəhərlərində çıxılmaz vəziyyətdə qalan Azərbaycan vətəndaşlarının təxliyəsi çərçivəsində ilk təyyarə sabah Bakıya gələcək.
Qaynarinfo xəbər verir ki, Türkiyə hava yolları şirkətlərinin təyyarələri ilə Ukraynadan Moldovaya təxliyə edilən vətəndaşlar Moldovadan avtobuslar vasitəsilə Rumıniyaya aparılacaq.
Bu ölkədən isə həmyerlilərimizin təyyarələrlə Bakıya gətirilməsi təmin ediləcək.
Təxliyə prosesi Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov və Ukraynanın Azərbaycandakı fəxri konsulu Mehrəli Qasımovun dəstəyi ilə həyata keçirilir.