Xəbər lenti

İdman 13:13 02.05.2023

Ukraynalı cüdoçular dünya çempionatını boykot etdi

Ukraynalı cüdoçular dünya çempionatını boykot etmk qərarına gəlib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Beynəlxalq Cüdo Federasiyası tərəfindən Rusiya və Belarusdan olan idmançılara yarışda iştirak etmək üçün icazə verməsidir. Bu səbəbdən ukraynalılar may ayı ərzində keçiriləcək dünya çempionatında iştirak etməyəcəklərini açıqlayıb. 

Federasiyadan verilən açıqlamada Rusiya ilə Ukrayna arasında döyüşə qatılan rusiyalı cüdoçuların dünya çempionatında iştirak edəcəyi iddia edilib, bu səbəbdən ukraynalı idmançıların yarışda olmayacaqları bildirilib. Açıqlamada, hücumlar zamanı 250-dən çox ukraynalı idmançının, o cümlədən cüdo üzrə milli komandanın üzvlərinin həyatını itirdiyi ifadə edilib.

Beynəlxalq Cüdo Federasiyası (IJF) keçən həftə Rusiya və Belarus cüdoçularının Qətərin paytaxtı Dohada 7-14 may tarixləri arasında keçiriləcək çempionata "Neytral idmançılar” adı ilə qatıla biləcəklərini açıqlamışdı.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->