Xəbər lenti

Ukraynanın Kurskda yeni uğurlu hücumunun necə keçdiyi açıqlandı (VİDEO)
Dünya 13:51 11.02.2025

Ukraynanın Kurskda yeni uğurlu hücumunun necə keçdiyi açıqlandı (VİDEO)

Ukrayna Silahlı Qüvvələrinin Desant-Hücum Qoşunlarının (DHQ) komandanlığı fevralın əvvəlində Ukrayna müdafiə qüvvələrinin Rusiyanın Kurş vilayətində həyata keçirdiyi yeni hücum əməliyyatlarının görüntülərini yayıb.  

Qaynarinfo xəbər verir ki, bu barədə DHQ Komandanlığının Kommunikasiya İdarəsi Facebook-da məlumat yayıb.  

"Dəstək Qüvvələrinin, döyüş və logistik təminat bölmələrinin sıx qarşılıqlı fəaliyyəti çərçivəsində DHQ-nin 82-ci ayrıca desant-hücum Bukovina briqadasının desantçıları Rusiya Federasiyasının Kursk vilayətində müəyyən istiqamətlərdə uğurlu hücum əməliyyatları həyata keçirib”, - Komandanlığın açıqlamasında deyilir.  
Bildirilib ki, "düşmən üçün ani və gözlənilməz olan sürətli manevr” nəticəsində Ukrayna müdafiə qüvvələri yeni mövqeləri ələ keçirib və taktiki vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.  

Bundan əvvəl ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) fevralın 6-da yayımlanan geolokasiya görüntülərinə əsasən, Ukrayna qüvvələrinin Kursk vilayətində yeni mexanikiləşdirilmiş hücumlar həyata keçirdiyini və Rusiyanın müdafiə xəttini yararaq cənub-şərq istiqamətində, Suca şəhərinə doğru 5 kilometr irəlilədiyini bildirmişdi.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->