Dünya 23:35 30.05.2023

Ukraynanın müdafiə naziri: Kiyev Rusiya ərazisinə hücum etməyəcək

Ukraynanın müdafiə naziri Aleksiy Reznikov bildirib ki, Kiyev Rusiya ərazisinə hücum etməyəcək və Moskva ilə "normal münasibətlərə can atır”.

Qaynarinfo bu barədə TASS-a istinadla xəbər verir.

"Bizə Rusiya torpaqları lazım deyil", - Reznikov Funke media qrupuna müsahibəsində deyib. O, həmçinin əlavə edib ki, Ukrayna Polşa, Slovakiya və ya Rumıniya ilə olduğu kimi Rusiya ilə də "normal münasibətlərə can atır". Bundan əlavə, nazir Belqorod vilayətinin atəşə tutulmasında Ukrayna tərəfinin iştirakını rədd edib.

Reznikov Kiyevin hazırladığı əks-hücumla bağlı məlumatları da şərh edib. Onun sözlərinə görə, əməliyyatlar "döyüş meydanında həm cənubda, həm də şərqdə iki-üç yerdə" mümkündür.

Xatırladaq ki, daha əvvəl Ukrayna prezidenti Vladimir Zelenski ölkə hakimiyyətinin Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının başlama vaxtını təsdiq etdiyini bildirmişdi.

Alpər