Xəbər lenti

Ulduz futbolçular Səudiyyə çempionatından qaçır
Dünya 21:15 10.01.2024

Ulduz futbolçular Səudiyyə çempionatından qaçır

İngiltərənin "Liverpul” klubunun keçmiş futbolçuları Cordan Henderson və Roberto Firmino, həmçinin "Real Madrid”in keçmiş ulduzu Kərim Benzema Səudiyyə Ərəbistanı çempionatını tərk etmək niyyətindədir.

Qaynarinfo xəbər verir ki, bu barədə fichajes.ne saytı məlumat yayıb.

İdmançılar hava şəraitindən və ölkə çempionatının oyunlarında azarkeş azlığından narazıdırlar.

Benzema hazırda "Əl-İttihad”da, Firmino "Əl-Əhli”də, Henderson isə "Əl-İttifaq”da çıxış edir.

Səudiyyə Ərəbistanı çempionatının 19 oyunundan sonra "Əl-Hilal" 53 xalla liderdir. "Ən-Nəsr" (Riyad) ikinci, "Əl-Əhli" (Ciddə) isə üçüncüdür.

Yanvarın 7-də AS xəbər verib ki, Səudiyyə Ərəbistanı çempionatının klubları qış transfer pəncərəsində yayda xərclədikləri qədər pul xərcləyə bilməyəcək. Dörd aparıcı klubu (Əl-Hilal, Əl-Nasr, Əl-İttihad, Əl-Əhli) maliyyələşdirən Səudiyyə Ərəbistanı Suveren Fondu (PIF) transfer limitləri tətbiq edib. PIF dəstəyi olmasa, komandalar keçən yay olduğu kimi bu qış da oyunçulara çox pul xərcləyə bilməyəcəklər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->