Xəbər lenti

Ulduz futbolçuya Çindən inanılmaz təklif
İdman19:10 26.12.2018

Ulduz futbolçuya Çindən inanılmaz təklif

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hazırda "Kristal Palas"da çıxış edən Vilfried Zaha Çindən təklif alıb.
Qaynarinfo xəbər verir ki, alman mütəxəssis Bernd Şusterin başçılıq etdiyi "Dalian Yifanq" Kot-d'İvuardan olan hücumçunu heyətinə qatmaq istəyir. Asiyalılar Zaha üçün "Kristal Palas"a 50, futbolçunun özünə illik 15 milyon avro maaş təklif edir. 
Afrikalı futbolçu hazırda Premyer Liqada həftəlik 150 min funt-sterlinq (təxminən 167 min avro) maaş alır. Çin klubu isə ona bundan 3 dəfə artıq maaş təklif edir.
Qeyd edək ki, 26 yaşlı hücumçu bundan əvvəl "Mançester Yunayted" və "Kardiff Siti" klublarında çıxış edib. O, cari mövsümdə oynadığı 18 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə verib.