Xəbər lenti

Ulduz hücumçu ağır xəsarət aldı - Karyerasını bitirir
İdman12:20 23.05.2021

Ulduz hücumçu ağır xəsarət aldı - Karyerasını bitirir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Perulu ulduz Cefferson Farfan ağır zədə üzündən karyerasını bitirmək üzrədir.
Fanat.Az "Trome"yə istinadən xəbər verir ki, ölkəsində "Alyansa Lima"nın formasını geyinən ön xətt oyunçusu "Sport Boyz"la oyunda dizindən ciddi xəsarət alıb.
Tibbi müayinə zamanı hücumçunun zədəsinin çox ciddi olduğu üzə çıxıb. Həkimlərin qənaətinə görə, Farfan bu problemdən yalnız 120 min dollarlıq əməliyyat və 12 aylıq bərpa prosesi sayəsində qurtula bilər. Bir il ərzində ayağını yerə basmamalı olan futbolçunun yaşını da nəzərə alan tibbi heyət ona butslarını mıxdan asmağı məsləhət görüb.
Qeyd edək ki, Peru yığması ilə yanaşı, Niderlandın PSV və Almaniyanın "Şalke" klublarındakı parlaq çıxışı ilə daha çox tanınan Cefferson 2017-2020 aralığında formasını geyindiyi Moskva "Lokomotiv"i ilə Rusiya çempionu olmağa da imkan tapıb.