Xəbər lenti

Şumaxerin yeni komandası bəlli oldu
İdman 11:21 23.11.2023

Şumaxerin yeni komandası bəlli oldu

Karyerasında yeddi Formula 1 üzrə dünya çempionluğu olan məşhur pilot Mixael Şumaxerin oğlu Mik Şumaxer gələn mövsüm Beynəlxalq Avtomobil Federasiyası (FİA) tərəfindən təşkil olunacaq Dözümlülük üzrə Dünya Çempionatında "Alpine" komandasının heyətində çıxış edəcək.

Qaynarinfo-nun məlumatına görə, 2021-2022-ci il mövsümlərində "Haas"la yarışmasına baxmayaraq Formula 1-dəki yerini itirən və bu mövsümü "Mercedes"in ehtiyat pilotu kimi keçirən 24 yaşlı Mik "Instagram"da bu barədə açıqlama verib. O, "Bu il yarış fürsətini çox əldən verdim. Uşaqlığımdan bəri sevdiyim işlə məşğulam. "Alpine" ilə Dünya Dözümlülük Çempionatında iştirak edərək karyeramda yeni səhifə açmağa hazıram. Digər pilotların trasda yarışmasını izləmək bəzən çətin ola bilər" - sözlərini söyləyib.

Şumaxer Formula 1-in 2024-cü il mövsümündə eyni zamanda "Mercedes"in ehtiyat pilotu kimi fəaliyyətini davam etdirəcək. Alman sürücü F1 karyerası ərzində 43 yarışda 12 xal toplaya bilib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->