Xəbər lenti

Umico.az-da Birbank kartları ilə ödənişlər indi daha çox qazandırır
Ekonomiks 12:37 05.03.2025

Umico.az-da Birbank kartları ilə ödənişlər indi daha çox qazandırır

Umico.az-da Birbank Umico, Birbank Umico Premium, Birbank Cashback, Birbank Star kartları ilə edilən ödənişlər müştərilər üçün daha sərfəli oldu. Belə ki, Birbank kartları ilə Umico.az-da birdəfəlik ödəniş edən hər kəs indi bütün alış-verişlərində bol-bol keşbek və ya bonus qazanır. 

Bunun üçün Birbank mobil tətbiqində "Umico.az-da alış-veriş: gözəllik, elektronika və.s” adlı kateqoriyanı seçmək kifayətdir. Yalnız birdəfəlik ödənişlərə şamil edilən bu yeniliklə müştərilər hər alış-verişdən 10% və ya 15% bonus qazana biləcəklər. Faizlər müştərilərə fərdi olaraq təyin olunur və bonuslar seçilən kateqoriyanın tələbinə uyğun, keşbek və ya Umico bonusu olaraq hesablanır. 

Ətraflı məlumat üçün link: http://www.kbl.az/umctg

Birbank tətbiqində "Umico.az-da alış-veriş: gözəllik, elektronika və.s” bonus kateqoriyasını seçənlər, mart ayı ərzində bayram bazarlıqlarını və ya hədiyyə alış-verişlərini  Birbank kartları ilə Umico.az-dan edərək bonuslar toplayırlar. Toplanan bonusları Umico.az-da alış-verişə, geniş tərəfdaş şəbəkəsində və ya Birbank və m10 tətbiqlərində kommunal, mobil və digər ödənişlər üçün istifadə etmək mümkündür. Balansdakı  bonusları partnyorlarımızda alış-verişlərə də xərcləmək olar. 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->